EN

Gürcüstan hökümətindən Qərbin sanksiyalarına REAKSİYA

Gürcüstan höküməti ABŞ və Avropa İttifaqının (Aİ) hərbi sahədə olan sanksiyalarına münasibət bildirib.

Demokrat.az
xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib ki, Tbilisinin Qərb tərəfdaşları ilə münasibətlərin bərpası ilə bağlı gözləntiləri ürəkaçan deyil.

Onun sözlərinə görə, ABŞ-ın “Layiqli tərəfdaş 2024” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarı və Aİ-nin Gürcüstanın Müdafiə Nazirliyinə 30 milyon avro ayırmasını dondurmaq niyyəti rəsmi Tbilisinin Qərb tərəfdaşları ilə münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərini doğrultmur:

“Bu qərar təəssüf doğurur, mən dəfələrlə qeyd etmişəm ki, bu, münasibətlərin bərpası ilə bağlı gözləntilərimizə cavab vermir”.

Kobaxidze son 4 ildə baş verən siyasi hadisələrə görə bu münasibətlərin həqiqətən yenidən qurulmağa ehtiyacı olduğunu vurğulayıb.

"Gürcüstan hökuməti və dövləti buna tam hazırdır", - deyə baş nazir bildirib.


Şahanə Xankişiyeva
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
demokrat.az

1Sources