EN

Çin NATO-nu qarşıdurma yaratmamağa çağırıb

NATO Çini Rusiyanın Ukraynaya qarşı  təcavüzünə yardım göstərməkdə ittiham etdikdən sonra Pekin alyansı qarşıdurma yaratmamağa çağırıb.

525.az “Dw”yə istinadən xəbər verir ki, bu barədə Çinin Avropa İttifaqındakı missiyasının açıqlamasında deyilir.

“NATO Çin təhdidini şişirtməyi, qarşıdurma və rəqabəti təhrik etməyi dayandırmalı, bütün dünyada sülh və sabitliyi təşviq etmək üçün daha çox iş görməlidir”, - bəyanatda vurğulanıb. 

Qeyd olunub ki, Vaşinqtonda keçirilən NATO sammiti bəyannaməsi soyuq müharibə zehniyyəti və döyüşkən ritorika ilə zəngindir.

Çin diplomatik missiyası ittihamları qətiyyətlə rədd edib: “Hər kəs bilir ki, Çin Ukrayna böhranının günahkarı deyil, Çinin Ukrayna ilə bağlı mövqeyi açıq və dürüstdür. Biz münaqişədə heç bir tərəfə heç vaxt öldürücü silahlar təqdim etməmişik, ikili təyinatlı məhsullar üzərində ciddi ixrac nəzarətini saxlayırıq".

Çin tərəfi, həmçinin alyansı Asiya-Sakit okean regionunda sülh və sabitliyə xələl gətirmək və hegemonluğu saxlamaq üçün müəyyən güclərin istifadə etdiyi alətə çevrilməkdənsə, Şimali Atlantika regionunda müdafiə təşkilatı kimi mövqeyinə sadiq qalmağa çağırıb.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
525.az

1Sources