EN

Xırdalanda piyadalar üçün təhlükə: Rəsmi qurumlar isə vəsait gözlədiyini deyir - FOTO

Xırdalan şəhərinin əksər küçələrində yol nişanlama xətləri pozulub.

Avtosfer.az xəbər verir ki, sakinlər daha çox məktəblərin önündəki piyada zolaqlarının silinməsinə görə narazılıq bildiriblər. Asfalta çəkilən xəttlər pozulduğuna, bəzi sürücülər “zebra”nı görmədiyinə görə bu ərazilərdə piyadalara da yol vermirlər.

Hətta məsələ ilə bağlı aidiayyatı quruma da şikayət edilib. Qurumdan şikayətçi şəxsə bildirilib ki, “vəsait ayrılanda piyada zolaqlarını da yenilənəcək”.

Səfər Əlizadə

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
avtosfer.az

1Sources