EN

“Ali təhsilim ola-ola xadimə kimi işləyirəm” – MÜƏLLİMƏ TƏHSİL NAZİRLİYİNƏ MÜRACİƏT ETDİ

Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Rəhimli Leyla Mayıs qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir:

“Mən, Rəhimli Leyla Mayis qızı, 2022-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 3 nömrəli məktəbdə qiyabi oxuya-oxuya texniki işçi kimi işləmişəm. Kollecin “Vergi ixtisası”nı bitirmişəm. Hazırda Türkiyədə qiyabi kompüter mühəndisliyini oxuyuram. Azərbaycanda isə Akademiyada qiyabi 3-cü kursda təhsil alıram.

Dəfələrlə Sumqayıt-Xızı Regional Təhsil İdarəsinə işimi dəyişməklə bağlı müraciət etmişəm. Mənə cavab verilməsə də, başqa bir şəxsi 3 nömrəli məktəbdə işləyə-işləyə məktəbə Təsərrüfat şöbəsinin müdiri götürüblər. Hansı ki, həmin şəxs heç vaxtında işə də gəlmir. Dəfələrlə bu barədə İlhamə xanıma müraciət etmişəm. Lakin tədbir görülmür. İndi anlayıram ki, deməli, həmin adam xüsusi tapşırıqla gəlibmiş.

Əvvəl məni Digah qəsəbə, 6 saylı uşaq bağçasına Təsərrüfat şöbəsinə müdir vəzifəsinə göndərdilər. İşə qəbul olan ili müdir  Arzu xanım idi. Onunla heç bir problemimiz olmayıb. Fəranə xanım müdir təyin olunandan sonra isə işləməyə imkan vermədi.

Nazirlikdən məni Sumqayıt və Xırdalan məktəblərinin birinə göndərirdilər. Lakin “işə vaxtında gəlmir” deyərək, işimə mane oldu. Fəranə xanım məni heç cürə işimdə yola vermirdi, bu səbəbdən də imzamı yazaraq işdən azad olundum.

İndi yenidən Mehdiabad 3 nömrəli məktəbə qayıtmışam. Orada  texniki işçi kimi fəaliyyət göstərirəm. Ali təhsilim ola-ola mən texniki işçi (xadimə) kimi işləyirəm. Dəfələrlə regional idarəyə xəbər vermişəm ki, təsərrüfat mudiri Nərgiz xanım işə gəlmir, işi bacara bilmir.

Özüm gənc kadram, baxıram ki, Azərbaycanda 99% əlahli yalançı və fırıldaqçılıqa məşğuldurlar. 3 gün bundan təsərrüfat mudirinin Nərgizin yoldaşı üstümə gələrək, məni təhdid etdi. Yoldaşımı duelə dəvət etdi. Qışqır-bağır salaraq “niyə mənim yoldaşımdan şikayət edirsən, işə gəlmir-gəlmir, sənə nə?”, - dedi.

Mən sizin qəzet və sayt vasitəsilə Elm və Təhsil Nazirliyinə müraciət edirəm, xahiş edirəm ki, bir tədbir görün”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
hurriyyet.az

1Sources