Pentaqonun məlumatına görə, Co Baydenin prezidentliyi dövründə Vaşinqtondan Kiyevə hərbi dəstəyin ümumi həcmi 54,4 milyard dolları ötüb.
Bu barədə Viral.az lenta.ru-ya istinadən xəbər verir.
“Birləşmiş Ştatlar Bayden administrasiyasının başlanğıcından bəri Ukraynaya təhlükəsizlik yardımı üçün 54,4 milyard dollardan çox vəsait ayırıb ”, – departament dəstəyin məbləğini açıqlayıb.
Daha əvvəl məlum olmuşdu ki, Bayden Xarkov vilayəti yaxınlığında yerləşən Rusiya ərazilərinə hücumlar üçün Ukraynaya 225 milyon dollar məbləğində yeni hərbi yardım göndərəcəyini açıqlayacaq.
(redaktor.az)