EN

Bu ilin yarısında ölkədə 356 kriminal qrup zərərsizləşdirilib - DİN

2024-cü ilin altı ayında ölkə ərazisində 356 kriminal qrup zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin altı aylıq hesabatında qeyd olunub.
 
Bildirilib ki, zərərsizləşdirilən qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.  
 
 Bir neçə gün öncə "Polis Günü"nə həsr olunan müşavirədə bildirilib ki, son iyirmi il ərzində Azərbaycanda 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. 

Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.
 
Bundan əvvəl  Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov bildirib ki, 2023-cü il Bakı ərazisində 26 cinayətkar qrup müəyyən olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
70
1
anews.az

2Sources