EN

Azərbaycan voleybol millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlara başlayıb

Azərbaycan

Bakı, 12 iyul, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlara start verib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yığmanın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 16 idmançı cəlb edib.

Məşqlər gündə iki dəfə olmaqla Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunur. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, milli komanda təsnifat mərhələsinin ilk matçını avqustun 17-də səfərdə Avstriya seçməsinə qarşı keçirəcək. Voleybolçular bir həftə sonra Bakıda Belçika kollektivini qəbul edəcəklər. Təsnifat mərhələsinin formatına uyğun olaraq növbəti iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.

Seçmə mərhələdə 21 yığma komanda 7 qrupda mübarizə aparacaq. Seçmə mərhələnin yekununda qrup qalibləri və 5 ən yaxşı qrup ikincisi olacaq kollektivlər Avropa çempionatında iştirak hüququ qazanacaqlar.

Chosen
151
7
azertag.az

8Sources