EN

Dani Olmo: “Qələbəyə 90 dəqiqə qalıb”

İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo İngiltərə ilə AVRO-2024 finalından əvvəl komandasının oyuna yanaşmasını dəyişməli olub-olmamasından danışıb. Matc.az xəbər verir ki, o, oyun üslublarında əsaslı dəyişikliyə ehtiyac olmadığını deyib. “Hər şey yolunda gedir. Nəyisə dəyişmək nəyə lazımdır? Bizim unikal üslubumuz var, hər şey yaxşı gedir, bu bizim güclü tərəfimizdir. Amma siz yenə də məşqçinin tapşırdığı kiçik yeniliklər etməyə çalışırsınız. Lakin ümumi oyun fəlsəfəsi dəyişməyəcək. “Qızıl buts”? Qalib gəlsək, kimin qol vuracağı mənə vacib deyil - mən, yoxsa Unay Simon! Əsas olan, hər zaman yalnız qələbədir. Öz meydanında Almaniyaya qalib gəlmək böyük uğurdu. İngiltərə üzərində qələbə də belə olacaq. Amma biz hər matçda olduğu kimi eyni ideya ilə çıxırıq - öz futbolumuzu oynayıb, qələbə qazanmaq. Finala qədər çətin yol keçmişik, amma Avronu qazanmaq üçün ən yaxşıları məğlub etməlisən. Yalnız finalı düşünürük. Nə rekordlar haqqında, nə də gələcək haqqında. AVRO-2020-nin finalına çıxa bilmədiyimizdən üç il sonra qələbəyə 90 dəqiqə qalıb. Biz yalnız qələbə üçün oynayırıq”. Xatırladaq ki, Avropa çempionatının finalı bazar günü, iyulun 14-də Berlindəki Olimpiya stadionda keçiriləcək.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
matc.az

1Sources