ABŞ Çin rəsmilərinə viza məhdudiyyəti qoydu
ABŞ dini və etnik azlıqlara qarşı təzyiqlərdə iştirak edən bəzi Çin rəsmilərinə viza məhdudiyyəti qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd edildiyi kimi, Çin insan hüquqlarına hörmət və müdafiə sahəsində öz öhdəliklərini yerinə yetirmir ki, bu da Sincan-Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulması və soyqırımda, Honq-Konqda fundamental azadlıqlara zərbə vurulmasında, Tibet Muxtar Bölgəsində insan hüquqlarının pozulmasında, eləcə də bütün dünyada repressiyalarda öz əksini tapıb.
Vaşinqton iddia edir ki, Çin hakimiyyət orqanları Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş prinsiplərə əməl etməli və əsassız və qanunsuz olaraq həbs edilmiş Çin vətəndaşlarını ilkin şərt olmadan azad etməlidir.