Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 21-26°, gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.
Q.QASIMOV
XQ