Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb.BUTA.TV xəbər verir ki, bu barədə dövlət başçısının parlament katibi Giorgi Msxiladze brifinqdə deyib. O qeyd edib ki, Gürcüstan prezidenti ilk dəfə olaraq ölkənin Konstitusiya Məhkəməsinə iddia qaldırır: “Qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsi ilə ziddiyyət təşkil edir. Ona görə hakimiyyətin bütün qolları öz səlahiyyətləri daxilində respublikanın Avropa İttifaqına və NATO-ya inteqrasiyası üçün mümkün olan hər şeyi etməlidir. Parlament iddiada cavabdeh olacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.