Türkiyəli müğənni İbrahim Tatlıses keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, çıxışda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı sənətçi səhhəti ilə bağlı açıqlama verib.
“Özümü əla hiss edirəm. Allah bitdi demədikcə bitməz”, - o bildirib.
Qeyd edək ki, sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.
Bizim.Media