EN

Bakı Tehranla yaxınlaşır, Zəngəzur “gedir” - Petrosyan

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası mühüm addımdır - bu, regional vəziyyətin dəyişməsi və regional aktorların qarşıdurma ritorikasından “yumşaq güc”ə keçmək qərarının nəticəsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekspert Armen Petrosyan yerli mediaya açıqlamasında deyib. O bildirib ki, Azərbaycan və Türkiyənin məqsədi müxtəlif üsullardan istifadə edərək, İranı həssas, o cümlədən Ermənistan məsələsindı öz tərəfinə çəkmək üçün çalışacaq. Petrosyanın fikrincə, səfirliyin işini bərpa etməsi vaxtına diqqət etmək lazımdır: İran-Azərbaycan münasibətləri yumşalıb, üstəlik, İran cəmiyyətində Azərbaycana qarşı münasibət də xeyli dəyişib. İbrahim Rəisi ilə sərhəd görüşündən sonra başlayan yaxınlaşmanın xüsusilə Məsud Pezeşkianın prezident seçilməsindən sonra sürətlənməsinə diqqət çəkən erməni ekspert hesab edir ki, Azərbaycan və Türkiyə yeni prezidentə “özününkü kimi” baxır: “Məsud Pezeşkianın etnik azərbaycanlı olması Azərbaycan və Türkiyənin İranla münasibətləri dərinləşdirməsinə marağını gücləndirir”. O iddia edib ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində İranın mövqeyini yumşaltmağa, onun yanaşmasını dəyişməyə çalışır. Əgər İran mövqeyindən geri çəkilərsə, Ermənistan “daha mülayim” davranmağa məcbur olacaq:

“Tehran və Bakı arasında sərt qarşıdurma şəraitində “dəhliz” məsələsində mövqelərin yaxınlaşmasını gözləməyə dəyməzdi. Ancaq indi razılaşmaların əhatə dairəsi genişlənir. Nəzəri cəhətdən bu sövdələşmələrin Ermənistanın maraqları hesabına baş verə biləcəyini ehtimal etmək olar”.

Chosen
114
4
buta.tv

10Sources