EN

İsrailin Ortodoks Partiyası Netanyahunu "Həmas ilə razılaşmağa" çağırıb

Bakı, TurkicWorld

İsrail hökumətində koalisiya tərəfdaşı olan Ultra Ortodoks Yəhudi Şas Partiyası İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS ilə əsir mübadiləsi aparmağa çağırıb.

TurkicWorld İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail parlamentində 120 yerdən 11-nə sahib olan Haredi partiyası bu barədə Netanyahuya məktub göndərib.

Məktubda HƏMAS ilə əsir dəyişimi müqaviləsi imzalamaq vaxtı gəldiyini, həmçinin baş nazir Netanyahunun koalisiya daxilində razılaşmaya qarşı çıxanlardan qorxmaması bildirilib.

"İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumları ilə ölkənin təhlükəsizliyini təmin etdiyi" , bu hücumların Qəzzada olan israilli əsirləri geri qaytaracaq bir razılaşma əldə etmək üçün vaxt qazandırdığı da məktubda iddia edilib.

Partiya məktubunda Netanyahunun ABŞ-a səfərinin əsir mübadiləsi sazişinin qurulmasına töhfə verəcəyinə diqqət çəkərək, Netanyahunu razılaşma ilə bağlı “güclü və cəsur” olmağa çağırıb.

İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına görə isə, ölkənin müdafiə naziri Yoav Gallant bu gün verdiyi açıqlamada baş nazir Netanyahunu HƏMAS ilə əsir mübadiləsi razılaşması əldə etmək səylərinə mane olmaqda ittiham edib.

Gallant HƏMAS ilə razılaşma vaxtının artıq yetişdiyini, lakin Netanyahunun koalisiya üzvləri İtamar Ben-Qvir və Bezalel Smotrişi itirməmək üçün razılaşmanın qarşısındakı maneələri artırdığını əlavə edib.

Qeyd edək ki, Netanyahunun 2022-ci ildə hazırkı hökumətin qurulmasından sonra ilk dəfə iyulun 21-də Vaşinqtona səfər edəcəyi gözlənilir. O, iyulun 22-də Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək və iki gün sonra ABŞ Konqresinin qarşısında çıxış edəcək.

Chosen
127
12
turkic.world

10Sources