Türkiyənin kurort zonalarından biri olan Bodrumun Yalıkavak rayonunda hoteldə kütləvi zəhərlənmə baş verib.
"Unikal" Haber Global-a istinadən xəbər verir ki, hoteldə məksunlaşan 16 nəfər ürəkbulanma, qarın ağrısı və qusma şikayətləri ilə təcili yardım maşınında xəstəxanaya aparılıb.
Müalicəsi tamamlananların artıq evə buraxıldığı bildirilib.
Zəhərlənmənin qida və ya sudan olub-olmadığını müəyyən etmək üçün regional Sağlamlıq Müdirliyi tərəfindən araşdırma başladılıb.