“Windows” əməliyyat sistemindəki kütləvi nasazlıq bank və aviasiya sektorundakı şirkətlərin fəaliyyətinə təsir göstərib.
Amerikanın “The Verge” portalı xəbər verir ki, buna səbəb ƏS-də işləyən cihazların yüklənməsi zamanı yaranan kritik xəta olub.
Hindistanın “SpiceJet” aviaşirkəti onlayn xidmətlərə, o cümlədən sifariş və qeydiyyata təsir edən texniki nasazlıqlar barədə məlumat verib.
Türk Hava Yolları da biletlərin bron edilməsi və qeydiyyatda ciddi problemlərə səbəb olan qlobal fasilə barədə xəbərdarlıq edib.