EN

Şəhid oğlu: "Atam məni görmək üçün Füzuliyə gəlmiş, elə orada da mühasirəyə düşmüşdü"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Atam məni görmək üçün Füzuliyə gəlmişdi, elə orada da mühasirəyə düşmüşdü".
Bu sözləri "Report"a açıqlamasında iyulun 19-da İmişli rayonunun Muradxanlı kəndində dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyevin oğlu Fəqan Vəliyev deyib.
Onun sözlərinə görə, atasının evə qayıtmadığından, itkin düşdüyündən gec xəbər tutublar:
"O vaxtlar nə qədər axtarsaq da, atamı tapa bilmədik. Sonra məlumatımız oldu ki, ermənilər onu əsir götürüblər. İndi isə həm kədərli, həm də sevincliyik ki, atamın nəşi 31 ildən sonra tapıldı".
Qeyd edək ki, İbrahim Vəliyev 1924-cü ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edən oğlu Fəqan Vəliyevdən xəbər almaq məqsədilə döyüş əməliyyatları gedən əraziyə yollanıb və 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində naməlum şəraitdə itkin düşüb.
İ.Vəliyevin meyitinin qalıqları Ağdam rayonunun Əfətli kənd qəbiristanlığında aşkarlanıb, şəxsiyyəti müəyyən olunub.
Chosen
173
50
oxu.az

10Sources