1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsinin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər.
Xezerxeber.az-ın məlumatına görə, Binəqədi qəsəbəsinin sakinləri bildirirlər ki, havalar isinəndə tozdan, payızda isə yağış sularından və palçıqdan küçədə hərəkət etmək olmur.
Qəsəbə sakinləri iddia edirlər ki, 2013-ci ildən bu yana üz tutmadıqları qurum qalmayıb.
Sakinlər deyirlər ki, dəfələrlə öz vəsaitləri hesabına yaşadıqları əraziyə çınqıl döşəyiblər. Amma bu da problemi tam həll etmir.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, Mikayıl Əkbərov küçəsinin əsaslı təmiri asfaltlanmasına ehtiyac duyulan qəsəbədaxili yollar siyahısındadır. Rayon İcra Hakimiyyətinin tərtib etdiyi qrafikə uyğun olaraq mərhələli şəkildə həmin küçəyə də asfalt örtülüyü döşənəcək.
Ətraflı videomaterialda: