EN

Bu ərazilərdə qaz olmayacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz verilişində məhdudiyyət olacaq.

Bu barədə "Qafqazinfo"ya "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22 iyul saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq:

"Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq".


BiG.Az
Chosen
597
49
big.az

10Sources