EN

Hikmət Hacıyev: “Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır”

Hikmət Hacıyev: “Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır”




“Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var".Patrul.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.O qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:"Sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoysun. Biz başa düşürük ki, konstitusiya hər bir ölkənin daxili işidir.Amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Konstitusiyada digər dövlətin ərazisinə qarşı iddialar varsa, bunlara son qoyulmalıdır və hüquqi çərçivə tam şəkildə ərazi iddialarına son qoyacaq formada olmalıdır ki, bunun əsasında biz irəli gedək”.

Chosen
244
28
patrul.az

10Sources