EN

Rusiyalı bloger həbs edildi

Rusiyalı bloger həbs edildi

Məşhur rus bloger Edvard Bil yenidən həbs olunub.

Axşam.az xəbər verir ki, bu dəfə də səbəb onun yol hərəkət qaydalarını pozması olub. "Shot" teleqram kanalının xəbər verdiyi kimi, dünən Bil "skuter patrul xidməti" formasında Moskva yaxınlığındakı məkanlardan birində dincliyi pozub.

Bil və onun dostu yoldan keçənləri narahat edib, nalayiq ifadələr işlədib. Polis şikayətlər əsasında bloger və dostunu hadisə yerində saxlayıb. Artıq kiçik məhkəmə baş tutub və onlar "Xırda xuliqanlıq" maddəsi ilə təqsirli bilinib. Bloger və dostu 13 sutka həbs edilib.

Xatırladaq ki, 2022-ci ilin yazında Edvard Bil ümumi rejimli koloniyada 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bir il əvvəl o, bir qadının ağır yaralandığı avtomobil qəzası törətmişdi.

Chosen
174
50
sonxeber.az

10Sources