EN

Avropa çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizəyə qoşulacaq

Azərbaycanın beş cüdoçusu bu gün Fransanın Monpelye şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

MediaPost-un məlumatına görə, Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaq.

Avropa çempionatı

Qadınlar

48 kq

Leyla Əliyeva - Lois Petit (Belçika)

52 kq

Gültac Məmmədəliyeva - Coana Dioqo (Portuqaliya)/Sofiya Asvesta (Kipr) görüşünün qalibi ilə

Kişilər

60 kq

Balabəy Ağayev - Andreya Karlino (İtaliya)/Rodriqo Kosta Lopes (Portuqaliya) görüşünün qalibi ilə

Turan Bayramov - Qamzat Zayrbekov (Fərdi Neytral İdmançılar)/Mihrac Akkuş (Türkiyə) görüşünün qalibi ilə

66 kq

Yaşar Nəcəfov - Matteo Piras (İtaliya)

Qeyd edək ki, dünya çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan millisi yarışda 9 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunur.

Xəbərlər departamenti

Chosen
215
27
mediapost.az

10Sources