EN

Ağadadaş Ağayev tanışını baltaladı: Vəziyyəti ağırdır — TƏFƏRRÜAT (YENİLƏNİB)


Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

Demokrat.az
xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti  faktı təsdiqləyib. 

Nazirlikdən qeyd edilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

***10:41

Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı news24.az saytı yayıb.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Chosen
131
2
demokrat.az

10Sources