Jironde departamentinin (Fransanın cənub-qərbi) polisi Parisdə Olimpiada zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Prokurorluğuna istinadən məlumat yayılıb.
Məlumata görə, saxlanılan şəxs terrorçu qruplaşmasında iştirakda şübhəli bilinir. O, sosial şəbəkələrdəki mesajlarında cinayət əməlləri törətmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az