Şimali Koreya 10-cu dəfə Koreya Respublikasına doğru zibillə dolu şarları havaya uçurub.
İndex.az xəbər verir ki, bu barədə Seul rəhbərliyi məlumat yayıb.
“Seulda Şimali Koreyadan düşmüş zibil balonları tapılıb”, – Seul meriyasının məlumatında diqqətə çatdırılıb.
Onlar həmvətənlərindən bu obyektlərə yaxınlaşmamalarını və balonlar aşkar edilərsə, hərbçilərə və ya polisə məlumat vermələrini xahiş ediblər.