Bakı. Trend:
2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Çinə hazır geyimməhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faizazalaraq, 26,3 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“Bu ilin iyun ayında Türkiyə Çinə 4 milyon dollar məbləğindəhazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı iləmüqayisədə 0,2 faiz azdır.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə12,8 faiz azalaraq, 8,7 milyar dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazırgeyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı iləmüqayisədə 21,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.