1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İran İslam Respublikasının iki dövr prezidenti olan Mahmud Əhmədinejad sui-qəsd cəhdinə məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Iran International" nəşri öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, Əhmədinejad tasua günü münasibətilə (aşuradan bir gün əvvəl) matəm mərasimində iştirak etmək üçün Zəncana yola düşməyə hazırlaşıb. Yola çıxmazdan əvvəl təhlükəsizlik xidmətinin rəhbəri onun "Toyota Land Cruiser"ini yoxlayıb və maşında kondisionerin nasazlığı səbəbindən Əhmədinejaddan digər maşınla getməsini xahiş edib. Həmin maşında isə sabiq prezidenti müşayiət edən mühafizəçilər olublar.
Ancaq Kərəc-Qəzvin avtomobil yolunun Abayık rayonundan keçərkən sürücü idarətməni itirib; "Toyota" böyük sürətlə hərəkət edən digər avtomobillərin olduğu yolda aşaraq üç dəfə fərlanıb, sonra avtomagistralın ortasındakı beton maneəyə və "Peugeot" markalı başqa bir avtomobilə çırpılıb.
Əldə olunan məlumata görə, "Peugeot" avtomobilinin sərnişinlərindən biri xəsarət alıb və xəstəxanaya aparılıb. Xəsarətlərin ciddi olmadığı nəzərə alınaraq, o, ambulator müalicə alıb və evə buraxılıb.
"Toyota Land Cruiser"də olanların vəziyyəti barədə məlumat verilməyib.
Ehtimal olunur ki, avtomobilə bir gün əvvəl tam yoxlanışdan keçməsi üçün təhvil verildiyi müəssisədə müdaxilə olunub.