Saakaşvili sağlamlığını bərpa edib: Həbsxanaya qaytarılacaq
Tbilisidə yerləşən özəl klinikaların birində müalicə alan Mixail Saakaşvilinin səhhəti yaxşıdır.
Oxu.Az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın ədliyyə naziri Rati Breqadze çıxış edib.
O qeyd edib ki, 56 yaşlı siyasətçinin sağlamlıq durumu daim nəzarətdə saxlanılır.
"Şəxsən mən onun səhhətinin sürətlə yaxşılaşmasına çox şadam və ona cansağlığı arzulayıram", - deyə o bildirib.
Gürcüstan ədliyyə naziri M.Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi məsələsinə də aydınlıq gətirib.
O vurğulayıb ki, həkimlərin yekun rəyi təqdim olunandan sonra M.Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək.
"Prinsip çox sadədir: məhkum cəzasını həbsxanada çəkməlidir", - deyə Rati Breqadze fikrini tamamlayıb./Oxu.az