Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralayıb.
Xalq artistinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Balta atdıqdan sonra "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən xanəndə medianın diqqət mərkəzində qalmaqda davam edir. Bəziləri Xalq artistini günahlandırsa da, bəziləri onu tərəfini tutur.
Titul.az xəbər verir ki, tanınmış professor Qabil Hüseynli "Müsavat TV"in canlı efirində Ağadadaş Ağayevi müdafiə edib. O, bildirib ki, "Medera"nın sahibi olan Qaraxan Əliyev Xalq artisti, məşhur xanəndə Arif Babayevin qudasıdır.
Sözügedən görüntüləri təqdim edirik: