EN

Tramp ABŞ prezidenti olsa, buna daha çox sevinən Kreml olacaq..?

...ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Rusiya əsas faydalanan olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın "Express" tabloidi müsahibə götürülmüş ekspertlərə istinadən yazır.

...Birmingem Universitetinin beynəlxalq təhlükəsizlik üzrə müəllimi Stefan Volf, "Ümumilikdə, Tramp Ukraynaya əraziləri itirilmiş kimi tanıması üçün təzyiq etsə, əsas faydalanan Rusiya olacaq" deyib.

Onun sözlərinə görə, Tramp Rusiya Federasiyasına da güzəştə gedə bilər...bir şərtlə Moskva Pekinlə əlaqələri zəiflətsin.

...Portsmut Universitetinin beynəlxalq təhlükəsizlik üzrə dosenti Devid Taunli qeyd edib ki, ABŞ Rusiyanın Krım üzərində suverenliyini tanıya bilər.

Bundan əvvəl "Express" ekspertlərə istinadən yazıb ki, Ukrayna Donald Trampın ABŞ prezidentliyinə seçiləcəyi təqdirdə onun təklif edəcəyi Rusiya ilə sülh müqaviləsi layihəsini qəbul etməyə hazır olacaq.

...Analitiklər hesab edirlər ki, Tramp diplomatik prosesə təkan verəcək və Kiyevə silah tədarükünü xeyli azaldacaq. Bundan əvvəl Pentaqonun keçmiş müşaviri Ças Friman Trampın Zelenskiyə ultimatum verəcəyini təklif etmişdi.

Əli Babayev

Chosen
173
50
sesqazeti.az

10Sources