Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunlarından sonra Azərbaycan UEFA reytinqində irəliləyib.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə” və “Sabah”ın qalib gəlməsi ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Ümumi xallarını 17,750-yə yüksəldən Azərbaycan bir pillə irəliləyərək, 24-cü pilləyə yüksəlib.
23-cü yerdəki Rusiyanın 18,299, 25-ci sıradakı Slovakiyanın isə 17,625 xalı var.