Bu ilin yanvar-iyun aylarında ölkə üzrə elektron ticarət üzərindən aparılan tranzaksiyaların həcmi 28,9 milyard manatı, sayı isə 445,2 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 86,7 faiz, sayında isə 98,3 faiz artım qeydə alınıb.