Azərbaycanda COVID-19 ilə bağlı epidemioloji vəziyyət stabildir.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
"Tək-tək yoluxma hadisələrinin qeydə alınmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Epidemioloji vəziyyət nəzarət altındadır", - deyə məlumatda qeyd edilib.