EN

“Arsenal” PSJ ilə danışıqlara başlayıb – İspan futbolçu üçün

“Arsenal” PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi transfer etmək niyyətindədir.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” artıq ispaniyalı futbolçunun mümkün transferi ilə bağlı Fransa klubu ilə danışıqlara başlayıb.



“Arsenal”ın bu yay Ruisi almaq üçün vəsaiti yoxdur və parislilərlə “Brentford”dan icarəyə götürdüyü ispaniyalı qapıçı David Raya ilə olduğu kimi, eyni formatda müqavilə bağlaya bilər. Belə ki, London klubu onu sonradan satın almaq öhdəliyi ilə icarəyə götürmək niyyətindədir.



Ruis 2022-ci ildən PSJ-də çıxış edir. O, bu komanda ilə 2 dəfə Fransa çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub. 28 yaşlı yarımmüdafiəçi daha əvvəl “Napoli”, “Elçe” və “Betis”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərarsenal Fabian Ruis

Chosen
39
komanda.az

1Sources