"Donald Trampla debat etməyə hazıram”.
7News.Az Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Kamala Harris jurnalistlərə açıqlamasında deyib.
Harris Trampı sentyabrın 10-da keçiriləcək teledebatdan geri çəkilməkdə günahlandırıb.
"Məncə, seçicilər debatda mövcud olan bölünmüş ekranı görməyə layiqdirlər" - deyə Kamala Harris açıqlamasında əlavə edib.
Qeyd edək ki, 10 sentyabrda keçiriləcək teledebat Co Bayden və Donald Trampın razılaşdığı iki teledebatdan biridir.
Birincisi iyunun 27-də CNN tərəfindən həyata keçirilib, digərinin isə keçiriləcəyi hələlik məlum deyil.
7News.Az