EN

İran nə iddia edir etsin, Nizami Gəncəlinin fars şairi olduğunu isbat edə bilməyəcək

Allahım nə günahımız var idi ki,Nizami Gəncəliyə fars deyən belə axmaq qonşuları bizə qismət elədin?

Bir neçə gün öncə İranda belə bir qərar verilib:

“Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb”.

Savadsız və qeyri-peşəkar bir əldən çıxan bu qərarı görəndə sadəcə düşünürsən. Allahım Avropada bir-birinə qonşu xalqları ağıllı və dərrakəli yaradırsansa bizim günahımız nə idi ki, belə axmaq və savadsız dövlətləri niyə bizimlə qonşu yaratdın axı….

Bu axmaqlar ən azından Nizami Gəncəlinin şeirlərində olan TÜRK imzasını və TARİXİNİ-KİMLİYİNİ görə görə niyə belə edir sualına cavab da tapa bilmirsən.

Nizami Gəncəlinin “Səadət günəşi birlikdən doğar” fikrində “birlik” sözü məhz Ay-Ulduzu ifadə edirdi. Hürufiliyin ideyavericisi Seyyid İmadəddin Nəsiminin qəzəllərində də ay-ulduz, ay-günəş təsvirlərinə geniş yer verilib – bəzi yerlərdə sırf astronomik və astroloji, bəzi məqamlarda isə dərin sətiraltı məna çalarları ilə.

Bu onu sübut edir ki, Nizami Gəncəli Oğuz türk dünyagörüşünü bilirdi və Aypara və Oğuzların dini-astroloji görüşləri ilə də sıx bağlı idi. Yəni qədim Azərbaycan qamları həm göy qübbəsi haqda, həm planetimizə birbaşa təsir göstərən günəş və ay barəsində, həm astronomiya və astrologiyaya dair geniş bilgilərə sahib idilər. Nizami Gəncəli də ulu babalardan miras qalan bilgiləri öz əsərlərində yaşadırdı. Geni və soy kökü TÜRK olmayan biri bunu necə edə bilərdi? Hiss edib yaza bilərdi?

Nizami Gəncəvi barədə müzakirələrdə İran dövlətinin unutduğu bir məqam var. Dahi şairin yaşadığı Gəncə şəhəri. Nizami Gəncədə yaşaya-yaşaya necə fars şairi ola bilərdi. İran adlanan dövlət ona necə iddia edə bilər? Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə indiki İran adlanan dövlətin özü Səlcuq imperiyasının bir hissəsi idi? Həm də Gəncə türk oğlu türk olan Azərbaycan Atabəylərinin paytaxtı idi. Həm də İran adlı dövlət tarixdə olmayıb və bu coğrafiyada fars dilli xalqların hakimiyyət qurub dövlət yaratmaları barədə heç bir ciddi qaynaq yoxdur. Xüsusilə Nizaminin yaşadığı dövr və ondan qat-qat öncə illər bu coğrafiya Türk imzası altında inkişaf edirdi.

Nizami Gəncəli farsca yazırdı iddiası irəli sürən İran tərəfi başa düşə bilmir ki, fars dilində yazmaq o dövrün ənənəsi idi. Fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi. Cəlaləddin Rumi farsca yazıb-yaradırdı. O da İranlıdır indi?

Bir iki əsr keçdi və buz sındırıldı. Xətai, Nəsimi, Füzuli, Bürhanəddin, Nəvai və başqaları türk dilində də yazmağın mümkün olduğunu sübut etdilər. Niyə İran etiraf etmir ki, Nizami farsca şeir yazmağa məcbur edilirdi və Ona öz xalqı ilə doğma dilində kontakta icazə verilmirdi. Sübut istəyirsiniz? "Xosrov və Şirin" əsərinin sonuncu cümləsinə fikir verin

Əgər şod torkəm əz xərgəh nəhani,

Xodayə, torkzadəmva to dani.

Əgər türküm çadırdan gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru….

İran tərəfi Nizami Gəncəliyə fars şairi deməklə bir əlavə məqamı da unudurlar. Fars poeziya üslubu ilə Türk-Azərbaycan poeziya üslübu arasında kəskin fərqləri çox asan görmək olur. Kifayət qədər nüfuzlu alimlər yazırlar ki, fars şairləri daha çox virtual poeziyadan yazırdılar, realist yazmayıblar. Onlar virtual aləmdən yazıblar, mistikaya meyl ediblər. Nizami Gəncəvinin yazdıqları isə realizmə meyllidir. Onun əsərlərində canlı insan xarakterləri, realist mənzərələr, süjet var. Bu, o vaxt fars poeziyasına nəinki xaretkterik deyildi, heç yaxın belə gəlmirdi. Bu üslub sırf Türk- Azərbaycan poeziyasına xarakterikdir və bu günə qədər davam edir.

Reallıq budur ki, Nizami Gəncəlinin yazdığı Türk-Azərbaycan üslubu fars poeziyasını normal hala gətirib çıxardıb. Nizaminin dünyagörüşü, yaradıcılığı xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Nizaminin fars ədəbiyyatına təsiri böyükdür, Nizami olmasaydı, fars ədəbiyyatında Hafiz, Sədi, Cami və başqaları da ola bilməzdi .

İranda ciddi alimlər ölüblər ya da ölkəni tərk edib gediblər deyə Nizamini fars hesab edən savadsızları qalıblar. İranda Nizami Gəncəlinin əsərlərinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onu İranda anadan olmasını “soxuşduran” şəxslərdən fərqli olaraq əsl elmi tədqiqat aparan Iran ədəbiyyatşünasları içərisində V.Dəstgerdi haqlı olaraq Nizamini türk şairi və Gəncədə anadan olan türk oğlu hesab edir. Onların ən böyük alimi Səid Nəfisi deyir ki, Xaqanidən, Nizamidən türk iyi gəlir.

Keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın şəhadətinə görə, İran alimləri farsca yazdığına görə onu İran-fars şairi hesab etsələr də, “Əz asare-Nizami buye-türk miyayəd”(Nizaminin əsərlərindən türk iyi gəlir) deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər”.

Məncə bu İranın əsl simasını ortaya qoyan tutarlı faktlardan biridir. Ona görə də İran nə iddia edir etsin, Nizami Gəncəlinin fars şairi olduğunu isbat edə bilməyəcək. Bizim Türk millətimiz o qədər böyükdür ki, kiçik xalqlar ondan nələrsə oğurlamağa cəhd edirlər, ermənilər, farslar, gürcülər kimi kiçik xalqların özlərinə məxsus heç nələri yoxdur axı…

Zaur Aliyev doset

visiontv.az



Chosen
38
visiontv.az

1Sources