EN

İnzibatçı bir mənəviyyatın yetirmələri və davamçılarıyıq

Axşam Svayqdan maraqlı bir cümlə oxudum; yazır ki, Spinozadan Volterə və daha sonrakılara qədər uzanan Avropa aydınları Rotterdamlı Erazmın mənəvi nəsilləri idi.

"Mənəvi nəsil" çox önəmli bir ifadədir. Millətin xarakterini nəsillərin hansı mənəviyyatı bir-birilərinə ötürdüyü təyin edir.

Bizdə yaxın tarixdə bu ötürülmə prosesində bir dəfə çar Rusiyası zamanı qopuqluq yaşanıb, bir dəfə də sovet Rusiyası zamanı. Çar bizi min illik Şərq mədəniyyətindən ayırıb Şərqə qarşı qoyub.

Sovet Rusiyası isə bizi ümumiyyətlə, bəşəri dəyərlərdən ayırıb üzərimizdə bolşevizm təcrübəsi həyata keçirib.

Bizim indki nəsillər bu son təcrübənin, bolşevizmin davamçılarıdır. Yəni bizim Rotterdamlı Erazmımız Stalindir. Biz Kobanın mənəvi yolunu davam etdiririk, həm də ayrı-ayrı şəxslər olaraq yox, bir toplum, bir cəmiyyət, bir kollektiv şüur olaraq.

İnzibatçı bir mənəviyyatın yetirmələri və davamçılarıyıq. İnsaniliyimizi inzibati dəyərlərlə ölçürük.

Bu gedişlə hələ uzun illər belə davam edəcəyik.

Aqsin Yenisey 

visiontv.az 



Chosen
23
visiontv.az

1Sources