EN

"Naxçıvanbank"da hesabı olanların NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə "Nağd pul ofis"lərinin fəaliyyəti davam etdirilir.

Bankdan Demokrat.az-a verilən məlumata görə, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı üçün müraciət edə bilərlər.

Chosen
76
15
demokrat.az

10Sources