Sərdar Cəlaloğlu seçkilərdən geri çəkilib
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkilib.
Reyting.az xəbər evrir ki, bu barədə partiya onun açıqlamasını yayıb.
Açıqlamada deyilir:
"ADP tərəfindən namizədliyim irəli sürülən 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm.
Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram”.