İspaniya polisi Barselona limanında düyü paketlərində gizlədilən 4 tondan çox kokain müsadirə edib.
Qyanarinfo xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, İspaniya polisinin mərkəzi əməliyyat bölməsi ötən il Paraqvaydan Barselonaya düyü konteynerlərinin daşınması ilə məşğul olan ispan şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Şirkətin narkotik alveri ilə məşğul olması şübhəsi səbəbindən polis onun Barselona limanına gələn 10 konteynerinin hamısında axtarış aparıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, bu, Barselona limanında ələ keçirilən ən böyük kokain daşımasıdır.
İspaniya polisi şirkətin 8 əməkdaşını, Paraqvay polisi Cənubi Amerikanın bu ölkəsində cinayətkar təşkilatın lideri də daxil olmaqla 2 nəfəri saxlayıb.
Samir