EN

Peskov həyatındakı əsas dəyərləri açıqladı

Rusiya  prezidentin mətbuat katibi Dmitri Peskov ailəni və Vətəni həyatının əsas dəyərləri adlandırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Ailə mənim bir nömrəli dəyərimdir, bu mənim ailəmdir. Vətən ailələrdən ibarətdir. Vətənini sevirsənsə, onun üçün çalışırsan və daha yaxşı olar ki, Vətənin rifahı üçün çalışsan, həm də pul qazan ki, ailən yaxşı yaşaya bilsin”.

 

Kreml sözçüsünə görə, o, həmçinin istənilən dində mövcud olan standart dəyərlər toplusuna malikdir.

 

Peskov daha əvvəl demişdi ki, ənənəvi dəyərlər Rusiya üçün sözün əsl mənasında ölüm-dirim məsələsidir. O, vurğuladı ki, yaxşı mənada ailəni, uşaqların, çoxuşaqlı ailələrin dünyaya gəlməsini təbliğ etmək lazımdır. O, həmçinin qeyd edib ki, bu şeylər dəbə çevrilməlidir.

 

Nigar

 

Chosen
50
49
oxu24.com

10Sources