EN

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şirvanda vətəndaşlarla görüşüb - FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin inzibati binasında Şirvan, Hacıqabul və digər rayonlardan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Agentlikdən Adalet.az-a bildirilib ki, əvvəlcə sədr Zaur Mikayılov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Dövlət Su Ehtiyatları Agentliyinin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Chosen
58
13
adalet.az

10Sources