Fransada Olimpiada əvvəli bomba təhlükəsi — Hava limanı boşaldıldı
Bu il Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış şəhərdə bomba həyəcanı verilib.
Demokrat.az xəbər verir ki, Fransa polisi bomba həyəcanı səbəbilə Bazel-Müluz hava limanını təxliyyə edib.
Fransanın daxili işlər naziri Gerald Darmanin mövzu ilə bağlı bu açıqlamasında “bomba təhlükəsi ilə əlaqədar lazımi tədbirləri görməyə çalışırıq. Məlumat Paris Olimpiadasının açılış mərasimindən bir neçə saat əvvəl gəldi” deyib.
Basel-Mulhouse Hava Limanından edilən şərhdə isə “hava limanı yenidən açıldı və uçuş əməliyyatları tədricən bərpa olunur. Sərnişinlərdən xahiş olunur ki, uçuşları haqqında məlumat almaq üçün öz aviaşirkətləri ilə əlaqə saxlasınlar” deyə bildirilib.
Əfsanə Rəcəb
Demokrat.az