EN

BMT Efiopiyada baş verən torpaq sürülməsi ilə bağlı bəyanat yaydı

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) Efiopiyanın cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 500-ə yüksələ biləcəyini açıqlayıb.

OCHA-nın yaydığı bəyanatda bildirilir ki, ölkənin cənubundakı Qofa dağlıq bölgəsində yağan leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində aralarında qadın və uşaqların da olduğu 257 nəfər həyatını itirib, 12 yaralı xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bəyanatda ölənlərin sayının 500-ə yüksələ biləcəyi bildirilib.

Axtarış-xilasetmə işlərinin yerli hakimiyyət orqanlarının, Efiopiya Qızıl Xaç Komitəsinin və ictimaiyyətin dəstəyi ilə davam etdiyi, avadanlığın olmaması səbəbindən xilasetmə qruplarının yalın əl və kürəklə axtarış əməliyyatlarını aparmağa çalışdığı bildirilib.

Bəyanatda həmçinin azı 15 min insanın hələ də torpaq sürüşməsi təhlükəsinin olduğu ərazilərdə yaşadığı ilə əlaqədar xəbərdarlıq edilib.

Chosen
53
2
sesqazeti.az

3Sources