İyulun 26-na keçən gecə Rusiya pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Rostov vilayətində partlayış səsləri eşidilib. Rusiyanın Telegram kanalları foto və videolar dərc edib. Bildirilir ki, pilotsuz təyyarələrdən biri Rostovdan 15 kilometr aralıda yerləşən Nesvetay kəndinə uçub və nəticədə yanğın baş verib.
Mesajlardan birində deyilir: “İlkin olaraq ot sahələri yanıb. Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq pilotsuz təyyarələrin “tutulması” barədə məlumat verib: “Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Rostov vilayəti üzərində dörd, Kursk vilayəti üzərində isə iki PUA-nı ələ keçirib və məhv edib”.
//Samir Qurbanov, Editor.az