“Mingəçevir” iki futbolçusu ilə yolları ayırıb. Bununla da I Liqa təmsilçisində heyətdən ayrılanların sayı üçə çatıb.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Əsgər Hüseynov və yarımmüdafiəçi Hüseyn Əliyevin müqavilə müddəti başa çatıb. Onlarla yeni anlaşma imzalanmayıb. Bu səbəbdən oyunçular Nur şəhərinin təmsilçisini tərk ediblər.
“Mingəçevir” bundan əvvəl qapıçı Eldar Tərlanovla vidalaşmışdı.