Çelyabinskdə su anbarında bənd dağıldı – Kənd su altında qaldı
Rusiyanın Çelyabinsk vilayətinin Kialim kəndi yaxınlığında Kialim su anbarında bənd dağılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə 74.ru məlumat yayıb.
Nəşr qeyd edir ki, bəndin yanında kiçik kənd var və o su altında qalıb.
Karabaş şəhər administrasiyasının məlumatına görə, su anbarındakı bənd yağışlar nəticəsində suyun səviyyəsinin kəskin qalxması nəticəsində dağılıb. Operativ qərargah bildirib ki, daşqın zonasında yerləşən beş kəndin (Kialim, Muxametovo, Karasevo, Baidaşevo, Saktaevo) sakinləri təxliyəyə hazır olmalıdırlar.
Səlahiyyətlilər həmçinin xəbərdarlıq edib ki, yaxın vaxtlarda şəhərin ərazisində su təchizatı dayandırıla bilər.