“Turan Tovuz”dan ayrıldıqdan sonra klubsuz qalan Slavik Alxasovun xidmətində maraqlı olan komandalar var.
Bizim.Media xəbər verir ki, müdafiəçini istəyən klublardan biri “Araz-Naxçıvan”dır. Naxçıvan təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmağı planlaşdırır.
Transferin baş tuta biləcəyi gözlənilir. 31 yaşlı futbolçu “Neftçi”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sabah”, “Zirə” klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media