Bakı. Trend:
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə iləbağlı təhqiqata başlayıb.
Trend xəbərverir ki, siyahıya Fransa, Belçika, Macarıstan, Polşa, Slovakiya,Malta və Rumıniya daxildir.
Şuradan bildirilib ki, sözügedən ölkələrin büdcə kəsiri 2023-cüildə ümumi daxili məhsulun 3 faizini ötüb ki, bu da Sabitlikpaktına ziddir. Sözügedən ölkələrin hökumətləri kəsiri aradanqaldırmaq üçün səmərəli tədbirlər görməyib.