İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.
Məlumata görə, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək üçün yeni diplomatik nümayəndəni artıq seçib. Bildirilir ki, bu təşəbbüs İtaliyanın Suriyanın beynəlxalq təcridinə son qoymaq niyyətində olduğunu nümayiş etdirir.
Nazir Antonio Tayani ölkəsinin yenidən Suriyaya səfir göndərməyi planlaşdırdığını, İtaliyanın Suriya ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, İtaliya 2012-ci ilin mart ayından etibarən təhlükəsizlik səbəbindən Suriyadakı səfirliyinin fəaliyyətini dayandırıb. Hazırda İtaliyanın müvəqqəti işlər vəkili Beyrutda fəaliyyət göstərir və müəyyən vaxtlarda Suriyaya gedir.